Azərbaycan atıcıları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Tokio, 21 yanvar, /AJMEDIA/

Azərbaycanın güllə atıcıları Almaniyanın Münxen şəhərində keçiriləcək ənənəvi “2025 H&N Kuboku”nda iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, ölkəmiz turnirdə 7 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunev, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaqlar. Onlar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

Turnir yanvarın 21-26-da təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts