Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır – Saymon Mordyu

Tokio, 16 noyabr , /AJMEDIA/

Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır.

AJMEDIA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Saymon Mordyu “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Aİ ilə Azərbaycan arasında münasibətləri müzakirə edib.

“Mən vurğuladım ki, Azərbaycan Aİ-nin Qafqazda mühüm tərəfdaşıdır. Aİ Cənubi Qafqazda sülh və firavanlığa kömək etmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edəcək”, – deyə paylaşımda bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts