Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Tokio, 15 iyun , /AJMEDIA/

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançı birdən qaldırma hərəkətində 49 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Nuray təkanla qaldırma hərəkətində 57 kiloqramı başı üzərinə qaldırıb və 5-ci olub. O, toplam 106 kiloqram (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Avropa birinciliyinə iyunun 24-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts