Azərbaycan 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək

Tokio, 21 dekabr, /AJMEDIA/

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.

II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq.

Toplantıda, həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4 -11-də Rusiyanın Kazan şəhərində keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts