Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, idmançı dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.

Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir. Bu fəth İ.Aşurlının səkkizinci səkkizminlik zirvəsi olub.

O, daha əvvəl, iyulun 10-da Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilən Nanqa Parbata da süni oksigendən istifadə etmədən qalxmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts