Tokio, 10 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Azərbaycanlı alimlərin iştirakı ilə hazırlanan yeni qamma spektrometr kosmik tədqiqatlarda tətbiq olunacaqdır
74-cü Beynəlxalq Astronavtika Konqresində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Çexiyanın Qərbi Bohemia Universiteti arasındakı əməkdaşlıq əsasında hazırlanan yeni spektrometrin kosmik tətbiqlərdə istifadəsinə həsr edilmiş “Planetlərdə hidrogenin axtarışı və digər kosmik tətbiqlər üçün yeni HardGamm spektrometrin hazırlanması” adlı işi çex həmkarları tərəfindən təqdim edilmişdir. Əsas məqsəd planetlərin süxurlarında hidrogenin konsentrasiyalarını qiymətləndirməklə orada suyun (H2O) və buzun olmasını müəyyən etməkdir. Sözügedən metod Neytron şüalanmasının tətbiqi ilə alınan Qamma kvantının emal olunaraq hidrogenin aşkarlanmasına həsr olunub. Bu məqsədlə buraxılan qamma şüasını qeyd etmək üçün HardGamm spektrometrinin pikselli fotodetektor hissəsi azərbaycanlı alimlər (https://iopscience.iop.org/article/10.1088/1748-0221/17/01/C01001 ) və elektronik hissəsi isə Çexiyadan olan mütəxəssislər tərəfindən hazırlanmışdır. Yeni detektor modulunun yüksək enerji intervalında işləməsi nəzərdə tutulmuşdur. Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun hazırladığı elektronik modullar artıq Beynəlxalq Kosmik Stansiyada (https://doi.org/10.1016/j.lssr.2023.03.004) ESA-proba-V peykində (https://doi.org/10.1016/j.pss.2016.03.009), RİSESAT peykində ( https://doi.org/10.1002/asna.201913674) və D-Orbit’s ION peykində (https://aktualne.cvut.cz/en/reports/20230614-hardpix-radiation-detector-developed-by-ctu-institute-of-radiation-engineering-is ) tətbiq olunmuşdur.