Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırılıb

Tokio, 1 fevral, /AJMEDIA/

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş təsdiq edilib.

AJMEDIA xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 1- də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts