Azərbaycanla Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq müzakirə edilib

Tokio, 26 sentyabr, /AJMEDIA/

Sentyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, o cümlədən Finlandiyanın 2025-ci il ATƏT sədrliyindən irəli gələn məsələlər, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb. Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts