Tokio, 8 fevral , /AJMEDIA/
Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev ilə görüşüb.
AJMEDIA Belarus Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadla xəbər verir ki, görüş zamanı tərəflər Belarus-Azərbaycan əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb və yaxın gələcəkdə planlaşdırılan tədbirlər müzakirə edilib.