Tokio, 11 fevral, /AJMEDIA/
Azərbaycanın yeniyetmə taekvondoçusu Ülvi Məmmədov (37 kiloqram) Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gümüş medal qazanıb.
Taekvondo Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, finala gedən yolda 5 rəqibi üzərində qələbə qazanan idmançı həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olaraq ikinci yerlə kifayətlənib.
Bu gün yarışda böyükyaşlı taekvondoçular mübarizəyə qoşulublar. Böyüklərin mübarizəsinə fevralın 12-də yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, ötən gün yarışın rəsmi açılış mərasimində Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub.