Azərbaycanın xarici işlər naziri Xorvatiyaya rəsmi səfərə yola düşüb

Tokio, 5 sentyabr , /AJMEDIA/

Sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov ilə Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və digər yüksəkvəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirakı və çıxışı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts