Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistandan ekoloji standartlara əməl etməyi tələb edib

Tokio, 7 iyul , /AJMEDIA/

Biz Ermənistandan beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik.
AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana açıq məktubunda yer alıb.
Qeyd olunub ki, Ermənistan beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozur.
Dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığını ifadə edən vətəndaş cəmiyyəti təşkilatlarının məktubunda bildirilir: “Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyir, onların da dərin narahatlığını bölüşürük. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts