Azərbaycanın təbii və mədəni irsinə həsr olunmuş videoçarx hazırlanıb

Tokio, 6 noyabr, /AJMEDIA/

Mədəniyyət Nazirliyi COP29 tədbirləri çərçivəsində Azərbaycanının təbii və mədəni irsinə həsr olunmuş layihə həyata keçirib.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, layihənin məqsədi təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir.

Videoçarxda görüntüləri müşayiət edən musiqidə təbiət səsləri – suyun şırıltısı, quşların civiltisi, balabanın zümzüməsi insan avazı ilə təqdim olunur. Yağışın həzin sədası, ildırımın vahiməli, gurultulu səsi Qobustan daşlarının və nağara ritmləri ilə əvəz olunub.

Burada təbiətin dörd ünsürü – su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilib.

Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında – Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb.

Videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində – daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlılığını görmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts