Tokio, 26 oktyabr , /AJMEDIA/
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
AJMEDIA xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council’s Youth Cup” turnirində 11 idmançı bacarığını göstərəcək.
Seçmə komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova, oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, oktyabrın 27-də start götürəcək beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.