Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir

Tokio, 10 sentyabr , /AJMEDIA/

Azərbaycanda sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 23-26° isti, Bakıda gecə 18-20°, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Sentyabrın 11-də Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Axşam tədricən kəsiləcək. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimalı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts