Azərbaycanın olimpiya çempionları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Tokio, 5 avqust, /AJMEDIA/

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Cüdo Federasiyasından AJMEDIA-ya bildirilib ki, çempionlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts