Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

Tokio, 24 oktyabr , /AJMEDIA/

Azərbaycanın minifutbol millisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

AJMEDIA xəbər verir ki, 16 oyunçudan ibarət yığma oktyabrın 24-də sözügedən ölkənin Ras el-Xayma şəhərinə yola düşüb.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının “G” qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts