Tokio, 27 yanvar, /AJMEDIA/
Azərbaycanın gənc badmintonçuları İranın Simnan şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Badminton Federasiyasından AJMEDIA-ya bildiriblər ki, yarışda milli komandanın üzvləri 2 kateqoriya üzrə fərqləniblər.
Leyla Camalzadə-Həcər Nuriyeva tandemi 19 yaşadək badmintonçuların mübarizəsində qızıl medala layiq görülüb. Yarışa 1/8 finaldan başlayan idmançılar bütün görüşlərini qələbə ilə başa vurublar.
Ülvi Hüseynov-Əmirxan İmanov cütlüyü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.