Tokio, 5 oktyabr, /AJMEDIA/
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən “Denis Ten Memorial Challenge” turnirində qüvvəsini sınayıb.
AJMEDIA xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə çıxış edib.
V.Litvintsev 246.00 xal toplayaraq, yekun nəticədə 12 idmançı arasında 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.