Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub

Tokio, 6 sentyabr, /AJMEDIA/

Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.

AJMEDIA xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn S.Şükürov qitə çempionatının qızıl medalını qazanıb.

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə də Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Dimitar Qospodinovu sınağa çəkib.

Rəqibinə qalib gələn V. Qələndərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts