Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb

Tokio, 9 sentyabr, /AJMEDIA/

Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.

AJMEDIA xəbər verir ki, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kiloqram) həlledici qarşılaşmada qazaxıstanlı Meirzhan Bereketov ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş medal qazanıb.

Daha əvvəl Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts