Azərbaycanın daha bir boksçusu Macarıstandakı turnirdə yarımfinala yüksəlib

Tokio, 14 mart, /AJMEDIA/

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.

Boks Federasiyasından AJMEDIA-ya bildirilib ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.

Əli Abdullayev (65 kiloqram) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kiloqram) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kiloqram) Aksel Eqartla (Uels) qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts