Azərbaycanın basketbol hakimi beynəlxalq oyuna təyinat alıb

Tokio, 23 oktyabr, /AJMEDIA/

Beynəlxalq Basketbol Federasiyası (FIBA) azərbaycanlı hakim Ələkbər Həsənova yeni təyinat verib.

AJMEDIA xəbər verir ki, referi qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

O, D qrupunda keçiriləcək Estoniya-Danimarka matçının baş hakimi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 10-da Tallin şəhərində keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts