Tokio, 12 may , /AJMEDIA/
Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Acro Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya bildiriblər ki, yığmanın heyətində Zəhra Rəşidova, Anahita Başiri və Nəzrin Zeyniyeva qadın qrupları arasında çoxnövçülük proqramında buna nail olublar.
Ötən gün start götürən yarışa mayın 12-də yekun vurulacaq.