Azərbaycanda Nou teatrı nümayiş olunacaqdır

Tokio, 29 avqust , /AJMEDIA/

AJMEDIA Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, 2024-cü il 1 fevral tarixində Bakıda (Heydər Əliyev Mərkəzində) ənənəvi yapon teatr növü olan Nou teatrı nümayiş olunacaqdır.
Nou Şite Hoşo məktəbinin 20-ci nəsil rəhbəri Hoşo Kazufusa başda olmaqla, Vaki ifaçıları(köməkçi rol ifaçıları), cuita ifaçıları (xor ifaçıları), hayaşi ifaçıları (musiqi alətləri ifaçıları) və Nou üzrə texniki direktorlardan ibarət 20 nəfərdən çox böyük heyətlə təmsil olunaraq, “Kokaci” adlı nou tamaşası və “Fuku no kami” kyogen teatr sənəti tamaşaları nümayiş edəcəklər.

Bununla, Azərbaycandakı Yaponiyasevərlər başda olmaqla, çoxsaylı insanların nou incəsənət növü ilə yaxından tanış olması, yeni bir yapon mədəniyyəti nümunəsini tanımaqla Yaponiyanı daha da yaxından hiss edəcəklərinə ümid edirik.

Eyni zamanda, bu tədbirdə iştirak etmək üçün Yaponiyadan da qonaqlar, tamaşaçılar olacağı gözlənilir və bu vəsilə ilə, tədbir ərəfəsində Yaponiyadan çoxsaylı qonaqların Azərbaycanı ziyarət edəcəyinə inanırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts