Tokio, 15 noyabr , /AJMEDIA/
Yaxın 6 ay ərzində Azərbaycan ərazisi ilə İran və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək.
AJMEDIA İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian açıqlama verib.
Mehrabian bildirib ki, İran və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi üçün Gürcüstan, Azərbaycan və Türkmənistanla lazımi işlər aparılıb. “Azərbaycan bu məqsədlə ən yaxşı marşrutdur və biz bu məsələdə Bakı və Moskva ilə razılığa gəlmişik”, – deyə Mehrabian bildirib.
Layihə üzrə əməkdaşlığın detallarını müzakirə etmək üçün İran və Azərbaycanın energetika nazirləri müavinlərinin görüşəcəyi gözlənilir.
“Ümid edirəm ki, yaxın 6 ay ərzində İran, Rusiya və Azərbaycan arasında birgə elektrik enerjisi mübadiləsi başlayacaq”, – deyə nazir bildirib.