Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb

Tokio, 25 yanvar, /AJMEDIA/

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatına start verilib.

AJMEDIA xəbər verir ki, Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışda qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, “U-21”), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, “U-21”) komandası mübarizə aparır.

Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə, ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar.

Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts