Tokio, 28 sentyabr , /AJMEDIA/
Azərbaycan Xarici İşlər Nazirliyi İraqa başsağlığı verib.
AJMEDIA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, – qeyd olunub.
Qeyd edək ki, İraqın Neynəva vilayətində baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb.