Tokio, 4 yanvar , /AJMEDIA/
Azərbaycan Xarici İşlər Nazirliyi Kirman əyalətində baş vermiş iki partlayış nəticəsində həlak olanlarla bağlı İrana başsağlığı verib.
AJMEDIA xəbər verir ki, bu barədə XİN-in X səhifəsində məlumat verilib.
“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bu gün İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.
Partlayışlar nəticəsində azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
İranlı general Qasım Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.