Tokio, 20 fevral, /AJMEDIA/
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmez ilə onlayn formatda görüş keçirib.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına və innovasiyalara dair fikir mübadiləsi aparılıb, belə görüşlərin KOB-lar üçün yeni dəstək imkanlarını genişləndirəcək təşəbbüslərin reallaşmasına öz töhfəsini verəcəyi vurğulanıb. Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurtun da iştirak etdiyi görüşdə KOBİA və KOSGEB arasında birgə əməkdaşlığa dair Fəaliyyət Planı müzakirə edilib.