Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

Tokio, 25 iyun , /AJMEDIA/

Azərbaycan ilə Qambiya diplomatik pasportlara malik şəxsləri qarşılıqlı viza tələbindən azad edir.

AJMEDIA xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Saziş 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts