Azərbaycan və Ermənistan arasında real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir – XİN rəhbəri

Tokio, 24 avqust , /AJMEDIA/

Hazırki dövrdə, işğal faktına son qoyulduqdan sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət əsasında sözdə yox, real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Lahbibi ilə birgə keçirilən mətbuat brifinqində deyib.

“ Azərbaycan bu istiqamətdə önəmli addımlar atır. 30 ilə yaxın müddət ərzində iki ölkə arasında delimitasiyaya başlamaq mümkün olmayıb. Buna da səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması olub”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts