Tokio, 13 yanvar, /AJMEDIA/
Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
AJMEDIA xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da start götürəcək. Bu matçdan 2 saat sonra UNEC – “Murov” oyunu başlayacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.