Tokio, 5 yanvar , /AJMEDIA/
Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı Birləşmiş Millətlər Təşkilatının (BMT) medalı ilə təltif edilib.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin tviter hesabında məlumat verilib.
Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov – BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.