Azərbaycan stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər

Tokio, 17 iyul , /AJMEDIA/

Azərbaycan stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər.

AJMEDIA xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Azərbaycan kollektivi gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts