Tokio, 20 aprel, /AJMEDIA/
Mərakeşdə 30-cu Rabat Beynəlxalq Kitab sərgisi keçirilir. Aprelin 28-dək davam edəcək sərgidə 51 ölkədən 775 nəşriyyat iştirak edir. Azərbaycan kitab tədbirində öz stendi ilə təmsil olunur.
Sərgidə 100 mindən çox nəşr ziyarətçilərə təqdim edilir. Sərgi müddətində gün ərzində 26 tədbir keçirilməsi planlaşdırılır.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin nümayəndəsi Kamran Musayev AJMEDIA-ya deyib ki, Mədəniyyət Nazirliyi və səfirliyimizin dəstəyi ilə qurulmuş stenddə ziyarətçilər Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti haqqında ətraflı məlumat ala bilərlər.