Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir

Tokio, 5 mart , /AJMEDIA/

Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu nəzərə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30 faizi nisbətində təbii qaz saxlama tutumu mövcuddur.

SOCAR-dan AJMEDIA-ya verilən məlumata görə, Azərbaycanda Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir.

“Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda ölkəmizdə yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır”, – məlumatda qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts