Azərbaycan Qətərdə beynəlxalq məktəbin tədbirində təmsil olunub

Tokio, 7 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycan Qətərdə beynəlxalq məktəbin tədbirində təmsil olunub
Qətərin Doha şəhərindəki “Qatar International School”da təşkil edilən ənənəvi “Beynəlxalq Gün” festivalında Azərbaycan da təmsil edilib.

Festivalda məktəbdə təhsil alan, İngiltərə, Fələstin, İndoneziya, Pakistan, Malayziya, Şri-Lanka və digər ölkələrin müxtəlif millətlərini təmsil edən şagirdlər və valideynləri iştirak ediblər.

Azərbaycan icmasının təşkilatçılığı ilə qurulan guşədə ölkəmizin qədim tarixini, çoğrafi mövqeyini, zəngin mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini nümayiş etdirən nümunələr təqdim edilib.

Milli geyimli məktəblilərimiz və valideynləri ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts