Azərbaycan Prezidenti: Yaşıl enerji ilə bağlı saziş Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə bizim daha bir töhfəmiz olacaq

Tokio, 17 dekabr , /AJMEDIA/

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq.
AJMEDIA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts