Azərbaycan Prezidenti: Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq

Tokio, 7 yanvar, /AJMEDIA/

Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq.

AJMEDIA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts