Tokio, 9 iyul , /AJMEDIA/
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsindən (MPK) AJMEDIA-ya verilən məlumata görə, parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Oyunlarda iştirak edəcək.
MPK tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinə göndərilən sorğu əsasında idmançıya nüfuzlu yarışda iştirak hüququ (“bipartite”) verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.