Tokio, 29 aprel, /AJMEDIA/
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar və ya 2 faiz azalaraq 67,21 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.