Tokio, 4 sentyabr , /AJMEDIA/
İsveçrənin “Qrasshopper” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov komandasını dəyişir.
AJMEDIA yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bu ölkənin digər təmsilçisi olan “Lütsern”ə keçir.
İddiaya görə, Sürix klubu yığmamızın üzvünü qarşı tərəfdən Azuma Abubakarla dəyişir.
Transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”ə ötən ilin iyulunda İngiltərənin “Vulverhempton” komandasından keçib.