Tokio, 30 noyabr , /AJMEDIA/
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
AJMEDIA xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.
“Şamaxı” səfərdə “Zaqatala”ya 1:0 hesabı ilə qalib gəlib. Komanda səkkizdəbir finalda “Səbail”in rəqibi olacaq.
Günün digər matçında “İmişli” evdə “Mingəçevir”i eyni hesabla məğlub edib. Növbəti tura yüksələn İmişli təmsilçisi “Qəbələ” ilə üz-üzə gələcək.
Daha əvvəl “Karvan”, “İrəvan”, MOİK, “Səbail”, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” səkkizdəbir finala vəsiqəni təmin ediblər.
Bununla da ölkə kubokunda səkkizdəbir final mərhələsinin bütün cütləri bəlli olub.
Azərbaycan Kuboku
Səkkizdəbir final
“Səbail” – “Şamaxı”
“Zirə” – “Turan Tovuz”
“İrəvan” – “Araz-Naxçıvan”
“İmişli” – “Qəbələ”
“Sumqayıt” – “Karvan”
“Neftçi” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Sabah”
“Qarabağ” – MOİK
Növbəti turun qarşılaşmaları dekabrın 19-21-də oynanılacaq.