”Azərbaycan kəlağayılarının təbliği” layihəsi başa çatıb

Tokio, 30 avqust, /AJMEDIA/

Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin icra etdiyi ”Azərbaycan kəlağayılarının təbliği” layihəsinin icrası yekunlaşıb.

İctimai Birlikdən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə ”Kəlağayı Ev Muzeyi”nin 200 qədimi kəlağayıları, əl işləri, qədimi tikmələr sərgilənib, kəlağayıdan bəhs edən şeirlər səsləndirilib, saz havaları üstündə mahnılar oxunub.

İctimai Birliyin sədri Güllü Eldar Tomarlı bildirib ki, layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan kəlağayının təbliğidir.

Layihə çərçivəsində analoji tədbirlər Gəncə, Qazax, Şəki və Bakıda da keçirilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts