Azərbaycan jurnalistlərinə qarşı zorakılıq törədənlərin cəzalandırılması Fransanın borcudur – Gürcü jurnalist

Tokio, 4 iyul , /AJMEDIA/

Fransanın paytaxtında Azərbaycan televiziyası işçilərinə qarşı baş vermiş hadisə jurnalist haqlarının kobud şəkildə pozulmasıdır. Onlar jurnalistlərin kameralarını qırıb, xəsarət yetiriblər. Bu, yolverilməz bir haldır və bunu qətiyyətlə pisləyirəm.
Bu sözləri AJMEDIA-ya müsahibəsində gürcü jurnalist Vaso Kapanadze söyləyib.
Hadisənin Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların isə ciddi cəzalandırılacağına ümid etdiyini vurğulayan V.Kopanadze deyib: “Jurnalistlər öz vəzifə borclarını yerinə yetirirdilər. Fransa NATO-nun və Avropa İttifaqının üzvüdür. Buna görə də Fransa buna borcludur. Biz demokratik dəyərlərə inanan jurnalistlər olaraq tələb edirik ki, tezliklə bu məsələ araşdırılsın və cinayətkarlar cəzalandırılsınlar. Əgər bu olmasa, cinayətkarlar layiq olduqları cəzanı almasalar, jurnalistlərə qarşı zorakılıq halları daha da arta bilər”, – deyə V.Kapanadze vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts