Azərbaycan ilə Əfqanıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 05 iyul, /AJMEDIA/

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

ADY-dən AJMEDIA-a bildirilib ki, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla, multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqanmənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts