Tokio, 5 iyul , /AJMEDIA/
Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında xapsaqay güləşi üzrə medal qazanıblar.
AJMEDIA xəbər verir ki, Fərid Nağıyev (62 kq) yarımfinal mərhələsində Rusiya təmsilçisi Eker Donqaka məğlub olaraq gümüş medala yiyələnib.
Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Verdiyevin tacikistanlı rəqibi Umar Rahimov meydana çıxmadığı üçün ona texniki məğlubiyyət verilib. Beləliklə, Azərbaycan güləşçisi bürünc medala layiq görülüb.