Tokio, 5 sentyabr, /AJMEDIA/
Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyindən məlumat veriblər.
“Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur”,-deyə məlumatda bildirilir.