Tokio, 9 sentyabr, /AJMEDIA/
Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçirilən “San Marino Cup” yarışında 7 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, iki gün davam edən turnirdə böyüklərdən İlona Zeynalova çoxnövçülükdə, halqa və topda ikinci, gürz və lentlə hərəkətlərin icrasında üçüncü yeri tutub.
Gənclərdən isə Şəms Ağahüseynova lentlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş mükafata yiyələnib.